İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 600 nəfər və ya 0,3% artaraq 2016-cı il may ayının 1-i vəziyyətinə 9 milyon 739 min 200 nəfərə çatıb.
 
Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.
 
Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
 
BAKU.WS