13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub

13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sosial 56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.

ƏƏSMN-dən BAKU.WS-ə verilən məlumata görə, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 13 min şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub.

Belə ki, şəhid ailələrinin üzvləri olan 7 200 nəfərə aylıq sosial təminat növləri (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) üzrə ödənişlər təyin edilib. 9 min şəxsə sosial psixoloji dəstək göstərilib. 1 210 müharibə əlili 1220 reabilitasiya vasitəsi, o cümlədən 15 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.

2 500-dən çox şəxsə isə aktiv məşğulluq tədbirləri vasitəsilə dəstək göstərilib. Onlardan 2 200-ü özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edilib. 250-dək şəxsin ödənişli ictimai işlər, digərlərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

Oxşar xəbərlər

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı YENİLİKLƏR

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı YENİLİKLƏR

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkədə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiy...

1767 Sosial 18:34 02 dekabr 2020

Son xəbərlər