VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "20 yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək.
 
Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, "20 yanvar" stansiyasında hazırda fəaliyyətdə olan 3 eskalatorların istifadə müddəti bitib. Ona görə də, həmin eskalatorlar yenisi ilə əvəzlənəcək.

N.Paşayev deyib ki, stansiyada eskalatorların dəyişdirilməsinə gələn ay başlanılacaq. Həmin müddətdə metronun "20 yanvar" stansiyasının ikinci vestübülü bağlı olacaq.

Qeyd edək ki, bir müddət əvvəl "Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" və "İnşaatçılar" stansiyalarında istifadəsini başa vuran eskalatorları yenisi ilə əvəzləyib.
 
BAKU.WS