SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakıda güclü tıxac yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Hazırda Bakı-Sumqayıt şossesi – Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.

Həmçinin Binəqədi şossesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;
Ziya Bünyadov prospekti - əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq əsas yol, 20 Yanvar dairəsi istiqamətində;

Tbilisi prospekti – əsas və köməkçi yol (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində);

Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;

Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol;

Zabrat şossesi – Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində və Mikayıl Əliyev küçəsi-Heydər Əliyev prospekti-köməkçi yol istiqamətində sıxlıq müşahidə edilir.

BAKU.WS