SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Həmin yolları təqdim edirik:

Bakı–Sumqayıt şossesi – Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur;

Binəqədi şossesi – əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində;

Zabrat şossesi - Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra Heydər Əliyev prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi–Heydər Əliyev prospekti–köməkçi yol istiqamətində;

Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol;

Həsən bəy Zərdabi prospekti - 20 Yanvar dairəsinə düşən hissəsi.

BAKU.WS