SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərinin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq.

“Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib.

Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır. Bununla bağlı bildirmək istərdik ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir”, - məlumatda bildirilib.

BAKU.WS