Evsizlərə xoş XƏBƏR: Mənzillər kəskin ucuzlaşdı

Evsizlərə xoş XƏBƏR: Mənzillər kəskin ucuzlaşdı
Sosial 708

"Kirayə mənzil bazarında ay ərzində qiymətlərdə 3.58% azalma baş verib".

BAKU.WS xəbər verir ki, bu sözləri "lent.az"a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ucuzlaşma ötən ilin eyni dövrü ilə müqayisədə 3,12% təşkil edib:

"Ay ərzində bahalaşma ikiotaqlılarda və çoxotaqlılarda olub. Birotaqlı və üçotaqlılarda isə ucuzlaşma qeydə alınıb.

2020-ci ilin eyni dövrü ilə müqayisə etdikdə isə bütün otaqlar üzrə ucuzlaşma var. Bahalaşma əsasən ucuz evlərdə qeydə alınıb və qiymətlər 9.33% artıb".

N.İbrahimov qeyd edib ki, təkrar mənzil bazarında ay ərzində 0,94%, il ərzində isə 2,59% azalma qeydə olunub:

"İlkin mənzil bazarında ay ərzində 0,73% artım, il ərzində isə 3,51% azalma müşahidə edilib".

Ekspert son olaraq mənzil bazarında ucuzlaşmanın səbəblərindən də söz açıb:

"Buna ilkin olaraq səbəb tələbin aşağı düşməsidir. Pandemiya dövründə təhsildə baş verən dəyişikliklərə görə regionlardan şəhərə gələn tələbələrin sayının kəskin aşağı düşməsi, digər tərəfdən də əhalinin real gəlirinin azalması mənzil bazarında ucuzlaşmaya gətirib çıxarıb".

Oxşar xəbərlər

Bakıda ən ucuz və bahalı evlər haradadır?

Bakıda ən ucuz və bahalı evlər haradadır?

Avqust ayında Bakının daşınmaz əmlak bazarında aktivlik aşağı olub. BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşa...

3843 Sosial 14:24 05 sentyabr 2018

Son xəbərlər