Polad Həşimov parkının açılacağı vaxt məlum oldu - FOTO

Polad Həşimov parkının açılacağı vaxt məlum oldu - FOTO
Foto
Sosial 355

“Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda abadlıq işləri qrafik üzrə davam etdirilir”.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, parkın açılışı gələn ay nəzərdə tutulub:

“Orada aparılan işlər təxminən iyul ayının 14-nə kimi başa çatdırılacaq. Həmin park ərazisində Polad Həşimovun və ərazidə yaşayan səkkiz şəhidin xatirə lövhəsi vurulacaq. Ümidvaram ki, işləri vaxtında bitirə biləcəyik”.

P.İmanov əlavə edib ki, parkın ətrafında olan küçələrdə də abadlıq işləri gedir.

Qeyd edək ki, bir müddət əvvəl Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılıb.

Oxşar xəbərlər

Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO

Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO

Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...

5289 Sosial 09:26 29 iyul 2020

Son xəbərlər