Bakıda bu yollardan keçməyin - ÜNVANLAR

Bu gün Bakının Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücüsü üzərində təmir işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.
Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutulur. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Oxşar xəbərlər
Tıxaca düşməmək üçün bu yollardan istifadə edin – SİYAHI
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xət...