SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın əsas yollardan birində sürət həddi artırıldı. 
 
"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.

Bu qərar avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə verilib. 

Müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.
 
BAKU.WS