VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

BAKU.WS xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 383 ictimai iaşə obyektində 680 monitorinq keçirilib.

Monitorinqlər zamanı 38 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Yahya Bakuvi küç, ev 3 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Elçin Sabir oğluna məxsus restoranı;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə.Əliyev ev 1993 ünvanında yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Bülbül pr 36 c ünvanında yerləşən, Abdullayev Eltun Nəzir oğluna məxsus “Dana burger”;

4. Bakı şəhəri, Səbail ‎‎rayonu, Ü.Hacıbəyov ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus restoran;

5. Bakı şəhəri, Səbail ‎‎rayonu, M.Qardaşları ev 1/5 ünvanında yerləşən, hüquqi şəxs “Resant Group” MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Səbail ‎‎rayonu, Ü.Hacıbəyov Bülbül kəsişməsi ünvanında yerləşən, fiziki şəxs Etibar Sahibov Aydın oğluna məxsus restoran;

7. Bakı şəhəri, Səbail ‎‎rayonu, Bibi heybət ŞTQ Namiq Quliyev ünvanında yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus “Dərya-Şəfa” restoranı;

8. Bakı şəhəri, Qaradağ ‎rayonu, Sədərək ticarət mərkəzində yerləşən, fiziki şəxs Həşimov Şəmsəddin Xəlil oğluna məxsus kafe;

9. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 123 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elşən Fərman oğluna məxsus kafe;

10. Bakı şəhəri, Xəzər ‎ rayonu, Mərdəkan qəs. Yol kənarında yerləşən, fiziki şəxs Əliyev Çingiz Ağa oğluna məxsus kafe;

11. Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pr. 1058 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Yetər Əbülfəz qızına məxsus kafe;

12. Bakı şəhəri, Sabunçu ‎ rayonu, Zabrat STQ yeni məhəlləsində yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus kafe;

13. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov, ev 41 ünvanında yerləşən, fiziki şəxs Kərimov İbrahim İlham oğluna məxsus çayxana;

14. Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev 999 ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;

15. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 74 ünvanında yerləşən, fiziki şəxs İlman İbrahimov Rəhbər oğluna məxsus “Ağcabədi” kafesi;

16. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.33 ünvanında yerləşən, fiziki şəxs Bəkirli Mürşüd Elşən oğluna məxsus "Qədim Qəbələ-Kaktus" restoranı;

17. Bakı şəhəri, Nizami ‎ rayonu, E.Süleymanov, ev 124 ünvanında yerləşən, fiziki şəxs Əsədov Fəqan Vamiq oğluna məxsus “Qədim Qala“ restoranı;

18. Bakı şəhəri, Qaradağ‎ rayonu, Ələt qəs. Salyan şossesi 71-ci km ünvanında yerləşən, fiziki şəxs Məmmədov Mürşüd Adil oğluna məxsus kafe;

19. Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən, fiziki şəxs Qarayev Əlihatəm Qulam oğluna məxsus kafe;

20. Abşeron rayonu, Xırdalan şəhəri, Ərriyad ərazisində yerləşən, fiziki şəxs Məmmədov Elnur Əliş oğluna məxsus "Bizim Ev" kafesi;

21. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Ağayev Samir Rəmzi oğluna məxsus "İpək Kulinariya" kafesi;

22. Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva, ev 5 ünvanında yerləşən, hüquqi şəxs "Marine Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Holiday Inn Baku” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

23. Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Məcidli Ruslan Yunus oğluna məxsus "Çinar restoranı;

24. Yevlax şəhəri, Varvara kəndində yerləşən, fiziki şəxs Musayev Rövşən Səftər oğluna məxsus "Varvara kafe";

25. Bərdə rayonu, İsmət Qayıbov küçəsi, 8 ünvanında yerləşən, fiziki şəxs Cavadov Şamxal Aydın oğluna məxsus "Lahmacun kafe";

26. Bərdə rayonu, Alpoud kəndində yerləşən, fiziki şəxs Nəcəfov Rafil Məzahir oğluna məxsus "Qızılbalıq" restoranı;

27. Zaqatala rayonu, H.Əliyev pr. 22 ünvanında yerləşən, fiziki şəxs Muradov Rüstəm Sabir oğluna məxsus restoran;

28. Qax rayonu, Qorağan kəndində yerləşən, fiziki şəxs Privalova Larisa Alekseyevnaya məxsus kafe;

29. İsmayıllı rayonu, Nizami küçəsində yerləşən, Vəliyeva Gülmirə Səməd qızına məxsus kafe;

30. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs İsrəfilov Müşfik Cabbar oğluna məxsus çay evi;

31. Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Xəlilov Rəfail Rasul oğluna məxsus çay evi;

32. Hacıqabul rayonu, Navahı kəndində yerləşən, fiziki şəxs Səlimov Sabir Tofiq oğluna məxsus çay evi;

33. Saatlı rayonu, H.Əliyev pr., ev 173 ünvanında yerləşən, fiziki şəxs Dəmirzadə Aqil Adil oğluna məxsus yeməkxana;

34. Saatlı rayonu, M.Ağayev küç. 38 ünvanında yerləşən, fiziki şəxs Gülməmmədov Dadaş Müstəcəb oğluna məxsus “Çinar Ailəvi Restoranı”;

35. Gəncə şəhəri, Cavadxan küçəsi M.42a ünvanında yerləşən, fiziki şəxs Həsənov Şahvələd Şamir oğluna məxsus dönər evi;

36. Goranboy rayonu, Heydər Əliyev pr. ev.1a ünvanında yerləşən, hüquqi şəxs “Turab” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Qala” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

37. Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən, fiziki şəxs Rüstəmov Hikmət Rüstəm oğluna məxsus çay evi;

38. Zərdab rayonu, Zərdab-Ucar yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Məmmədov Usub Teymur oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

BAKU.WS