Güclü külək nəticəsində dam örtükləri uçan məktəblərlə bağlı RƏSMİ AÇIQLAMA

Güclü külək nəticəsində paytaxtdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə məlumat verilib.
Hər iki məktəbin dam örtüyündə təmir, bərpa və gücləndirmə işlərinə başlanılıb.
Tədrisə mane olmamaq və kontingentin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Belə ki, təmir işləri aparılan hissədə uyğun məsafədə hərəkətin məhdudlaşdırılması məqsədilə xüsusi lentlər çəkilib, müvafiq nəzarət tədbirləri gücləndirilib.
Həmçinin həyətində ağacların aşması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunan məktəblərdə də küləyin törətdiyi fəsadlar aradan qaldırılır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...
