SİZİN REKLAM BURADA!
055 213 76 73


Elektrik avtomobillərinin rəsmiləşdirilməsi zamanı gömrük rüsumları digər mallarda olduğu kimi elektron bəyannamə əsasında dəyərinə görə hesablanır.

BAKU.WS xəbər verir ki, bunu brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

“Bu zaman əlavə dəyər vergisi hesablanır. Digər vergilər hesablanmır. Bunlar azad olunmadır. Vətəndaş, yaxud sahibkar elektron şəkildə bəyənnaməsini edir və ödəməni həyata keçirir.

Bu proses yarım saat da çəkə bilər, bir saat da. Bizim xüsusi olaraq yeni avtomobillərlə bağlı problemlərimiz yoxdur”, - deyə Səfər Mehdiyev bildirib.

BAKU.WS