SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi İntiqam Əkbərovun yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib.

Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

İ.Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs kimi bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş sosial təminat hüquqlarından, güzəşt və imtiyazlardan da yararlana biləcək.

Qazimiz Zəngilan istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını və sağ qolunu itirib.

BAKU.WS