SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının bəzi enişli və yoxuşlu ərazilərində buzlaşma var.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, paytaxtın inzibati ərazisində bütün küçə və prospektlər DYPİ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Evdən çıxmağa hazırlaşan bütün sürücülərə müraciət edirik ki, istiqaməti dəqiqləşdirsinlər.

Ərazidə sürüşmə ehtimalı olduğunu nəzərə alsınlar. Hazırda polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla diqqətli hərəkət etməlidirlər.

Hazırda “20 Yanvar” ərazisindəki körpü, Biləcəri enişi, Sumqayıt istiqamətində olan Avtovağzalın yanı, ən hündür ərazi hesab olunan Yasamal, Tbilisi prospekti, Ziya Bünyadov prospekti, Günəşli, III kənar dairəvi yollarda sürüşmə ehtimalı var. İndiyə qədər Bakıda 26 yol qəzası qeydə alınıb”, - deyə Vaqif Əsədov bildirib.

BAKU.WS