VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib.

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yolların əksəriyyətində hərəkət var.

1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi

Qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir. Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

2 Giləzi-Xızı

Qar yağır, 8-10 dərəcə şaxta var. Yoldan kənarda qarın hündürlüyü 10-15 sm təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

3 Bakı-Qobustan

Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-25 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Şaxta 5-7 dərəcə təşkil edir. Hazırda bu istiqamətdə işlər davam etdirilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

4 Qobustan-Şamaxı-Muğanlı

Qar yağır, güclü külək əsir. Yolun kənarlarında 20-30 sm qar var. Şaxta 4-5 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi və nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

5 Muğanlı-Ağsu-Yevlax

Qar yağır, güclü külək əsir. Muğanlı ərazisində 15-20 sm qar, 5-6 dərəcə şaxta var. Ağsu dolaylarında 8-15 sm qar yağmış, yolun Ağsu-Ağdaş hissəsində 1-2 dərəcə şaxta var, yolda qar yoxdur. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Bakı-Ələt-Hacıqabul

Qar yağır, güclü külək var. Yolun Bakı-Ələt hissəsində buz bağlamış hissələrə qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7 Hacıqabul-Ucar-Yevlax

Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

8 Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi

Zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

9 Muğanlı-İsmayıllı

Qar yağır, yolun kənarlarında 10-15 sm qar var. Güclü külək əsir, yolun 0-25 km hissəsində, eləcə də meşə zolağında yerləşən hissəsində buzlaşma əmələ gəlmişdir. Şaxta 3-4 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10 İsmayıllı-Qəbələ-Oğuz-Şəki

Marşrut boyu qar yağır, güclü külək əsir, 2-3 dərəcə şaxta var. İsmayıllı və Qəbələ rayonları ərazisində 10-15 sm, Oğuz və Şəki rayonları ərazisində 2-3 sm qar var. Hazırda kənd yolları daxil olmaqla yolların qardan təmizlənməsi və normal hərəkətin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd

Marşrut boyu zəif qar yağır, güclü külək var. 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

12 Yevlax-Şəki (Göybulaq)

Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13 Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 Şəmkir-Gədəbəy

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15 Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi

Yolun Masallı-Astara hissəsində zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

16 Masallı-Yardımlı

Zəif qar yağır, yolda qar yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Lənkəran-Lerik

Qar yağır, güclü külək əsir, şaxta 5-6 dərəcə təşkil edir. Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

18 Hacıqabul-Bəhramtəpə-Horadiz

Zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

BAKU.WS