Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) fərdi avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə müraciət edib.

NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, "TOUR d`AZERBAİDJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək Bakı şəhərində "Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Həmin gün saat 09.00-dan 15.30-dək isə "Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - H.Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edilir.
 
BAKU.WS