11 manata təklif edilən "Beyləqan quzusu"nun quyruğu müzakirələrə səbəb oldu
Sosial şəbəkələrdə "Beyləqan quzusunun quyruğu" adı ilə 11-14 manat arası qiymətə məhsulun satışa çıxarılması müzakirələrə səbəb olub.
BAKU.WS-in məlumatına görə, məhsul yerli istehsal kimi təqdim edilir. Lakin görüntülər və qiymət bunun əksini deyir.
Görüntüdə iri ölçülü, kəsimdən sonra bütöv şəkildə saxlanılmış quyruq piyləri öz əksini tapır. Məhsulun həcmi və forması diqqət çəkir.
Qiymətin 11-14 manat arası olması (çəkiyə görə dəyişirsə) real bazar qiyməti ilə müqayisədə suallar yaradır. Çünki yerli məhsul adətən qeyd edilən qiymətdən baha təklif olunur. Onda belə bir sual yaranır ki, kimlərsə bunu həddən artıq ucuz satır və ya saxtakarlığa yol verir.
Qeyd edək ki, Azərbaycana daxil olan bütün ət məhsulları AQTA tərəfindən yoxlanılır. Yalnız qurumun icazəsindən sonra hər hansı məhsul ölkə bazarlarında satışa çıxarla bilər. Bu ətlərin keyfiyyəti ilə bağlı problem olmasa da onların mənşəyinin gizlədilməsi sual doğurur.
İnternet üzərindən apardığımız araşdırmalar göstərir ki, adətən qiyməti 11 manatdan başlayan quzu quyruqları Avstraliya, Monqolustan və digər ölkələrdən gətirilən məhsullar olur.
Oxşar xəbərlər
İnsan ömrü boyu neçə dəfə başqasına vurula bilər? - Alimlər AÇIQLADI
ABŞ-nin İndiana ştatında yerləşən Kinsey Institute tərəfindən aparılan araşdırma göstərib ki, insan həyatında vurulmağı orta hesabla cəmi iki dəfə yaşayır. Tədq...