Xaricdən mal sifariş verənlərin nəzərinə - SİSTEM ÇÖKDÜ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayan e.customs.gov.az portalı vasitəsilə bəyan etmək mümkündür.
BAKU.WS xəbər verir ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir.
Vətəndaşlar sifariş verdikləri malların bəyannaməsini yazmaq üçün e.customs.gov.az portalına daxil olmaq istəsə də, böyük çətinliklərlə üzləşiblər. Belə ki, bir çox şəxslər bu portalın qeydiyyat bölməsindən keçərək sadələşdirilmiş bəyannamə yaza bilməyiblər.
Mövcud vəziyyətlə bağlı BAKU.WS-in "qaynar xətt"inə də portalın fəaliyyətində yaranan problemi əks etdirən görüntülər göndərilib.
Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı BAKU.WS-ə bildirilib ki, “Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaranıb:
"Hazırda mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq. Yaranan müvəqqəti çətinliyə görə üzr istəyirik".
Oxşar xəbərlər
Xaricdən sifarişlə mal gətirənlər üçün yenilik
Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib. Rəsmi a...