Vilayət Eyvazov Cəmşid Hənifəyevi yeni vəzifəyə təyin etdi

Vilayət Eyvazov Cəmşid Hənifəyevi yeni vəzifəyə təyin etdi
Sosial 919

Bakı şəhəri, Binəqədi rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Cəmşid Hənifəyev əvvəllər Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA

Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA

Daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin əməkdaşlarına xüsusi tapşırıqlar verib. Tapşırıqlar içərisində əsas məsələlərdən biri yol polis...

9577 Sosial 17:06 23 yanvar 2020

Son xəbərlər