İş adamı Anar Əlizadə atası cəbhədə döyüşən beş yaşlı Safiyanın müalicəsini üzərinə götürdü
04
noy
2020
12:29
Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə iştirak edən hərbçinin beş yaşlı qızı Safiya Həsənzadənin kəskin limfoblast leykozdan əziyyət çəkdiyi və təcili köməyə ehtiyacı olduğunu barədə məlumat vermişdik.
Azərbaycanlı iş adamı Anar Əlizadə hərbçimizin övladının müalicə xərclərini öz üzərinə götürüb.
Qeyd edək ki, kəskin limfoblast leykoz təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir.
Qalereya
Oxşar xəbərlər
Atası cəbhədə döyüşən 5 yaşlı Safiyanın təcili müalicəsinə 40 min dollar ödənildi
Beş yaşlı Bakı sakini Safiya Həsənzadənin təcili köməyə ehtiyacı var idi. Artıq azərbaycanlı iş adamı Anar Əlizadə hərbçimizin övladının müalicə xərclərini öz...