Koronavirus pandemiyası ilə əlaqədar daha bir qadağa

Ölkədə hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə 20 oktyabr 2020-ci il tarixindən vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması qərara alınıb.
Oxşar xəbərlər
İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR
Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırl...
