100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı

100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı
Foto
Sosial 115

Lobya 100 il yaşamaq istəyənlər üçün vacib qida maddəsi adlandırılıb.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, məşhur qida mütəxəssisi Den Büttner uzun ömür üçün lobya yeməyi məsləhət görüb.

"Daily Mirror" qəzetinin yazdığına görə, lobya və digər paxlalı bitkilər əksər yüzilliklərin pəhrizində geniş yayılmış əsas qidadır.

Den Buettner, uzun illər sakinlərinin həyatını araşdırıb və qidalanmanın uzunömürlülüyün əsasını təşkil etdiyi qənaətinə gəlib.

100 il yaşamaq istəyənlər üçün vacib qida açıqlandı

O, bəzi bölgələrdə insanların adətən təbii inqrediyentlərdən hazırlanmış sadə və əlverişli yeməklər yediklərini aydınlaşdırıb.

Büttner 100 yaşa qədər yaşamaq istəyənlərə onların nümunəsini izləməyi və sadə bir pəhriz saxlamağı məsləhət görüb.

O, bir çox ölkələrin mətbəxində olan lobyanı belə bir pəhrizin əsas tərkib hissəsi adlandırıb.

"Ən uzun yaşayan insanlar orta hesabla bir insandan ən azı dörd dəfə çox paxlalı yeyirlər", - deyə o qeyd edib.

Mütəxəssis əlavə edib ki, paxlalılar sabit enerji səviyyəsini təmin edən zülal, lif və mürəkkəb karbohidratlarla zəngindir.

O, sağlamlığınızı qorumaq və uzun ömür şansınızı artırmaq üçün hər gün ən azı yarım stəkan bu qidalardan istifadə etməyi tövsiyə edir.

Məlumat üçün bildirək ki, onkoloq Uilyam Li əvvəllər xərçəngin qarşısını almaq üçün soya, pomidor, alma və giləmeyvə yeməyi tövsiyə etmişdi .

O, bu qidaların tərkibindəki maddələrin şişlərdən qoruyan immunitet sistemini gücləndirməyə kömək etdiyini söylədi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər