10 iyundan hansı qadağalar ləğv olunacaq? - SİYAHI

10 iyundan hansı qadağalar ləğv olunacaq? - SİYAHI
Sosial 5057

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.

BAKU.WS xəbər verir ki, bu gündən bir sıra yumşaldılma tədbirinin görülməsinə qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gün açıq havada maskasız gəzməyə icazə verilir, metro açılır, bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

Bəs növbəti qərarlar hansılardır və nə vaxtdan tətbiq olunacaq?

Bu sualın cavabını sizlər üçün hazırladıq. 10 iyundan ləğv olunacaq qadağalar bunlardır:

- ibadət yerləri açılır;

- iri ticarət mərkəzləri açılır;

- çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVID pasportu olan, yəni rəsmi sertifikatla vaksinasiyadan keçdiyi yaxud COVID-19-a yoluxduqdan sonra immuniteti yarandığı təsdiqlənən şəxslər üçün.

- Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq.

Son xəbərlər