1 milyona yaxın vətəndaşa ŞAD XƏBƏR - onlara 40%-dək endirimlər tətbiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika üzrə təqaüdçülər, yaşa və əlilliyə görə pensiya alanlar, qazilər, veteranlar, şəhid ailələri və ailə başçısını itirməyə görə sosial müavinat alan şəxslər üçün yeni güzəştlər tətbiq olunur. Artıq seçilmiş marketlər, apteklər və klinikalarda 40%-dək endirimlər mövcuddur.
BAKU.WS xəbər verir ki, endirimlərdən yararlanmaq üçün şəxslər telefonlarına e-Sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan sonra tətbiqdə şəxsin fərdi barkodu yaranır və kassada ödənişdən əvvəl kassirə təqdim etməklə endirim əldə etmək mümkündür.
"Sosial tərəfdaş" Layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilir və məqsəd sosial ödəniş alan şəxslərin rifahını yaxşılaşdırmaq, gündəlik xərclərini azaltmaqdır.
Əlavə məlumat və iştirakçı müəssisələrin siyahısı üçün keçid linki: https://sosialterefdash.az/
İnstagram: sosial.terefdash.az
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...