1 il ərzində Bakıda 2314 qanunsuz tikinti AŞKARLANIB

1 il ərzində Bakıda 2314  qanunsuz tikinti AŞKARLANIB
Sosial 48

Keçən il Bakıda qanunsuz tikinti işlərinin aparılması ilə bağlı 2314 qanun pozuntusu aşkar

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

"Bakı şəhəri üzrə 2025-ci ildə qanunsuz tikinti işlərinin aparılması ilə müşahidə edilən torpaq sahələrinin zəbt olunması, istifadələrində olan torpaq sahəsindən məqsədli təyinatından kənar istifadə etməsi ilə bağlı 2314 qanun pozuntusu halı aşkar edilmişdir".

Qeyd olunub ki, bunlardan 2073 halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətləri olduğundan materiallar hüquq-mühafizə orqanlarına göndərilib və 241 hal üzrə isə İnzibati Xətalar Məcəlləsinin tələbləri çərçivəsində tədbirlər görülüb.

Banu Hüseynli

Son xəbərlər