1 200 hektara yaxın ərazi minalardan təmizlənib, 766 partlayıcı aşkarlanaraq zərərsizləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azad olunan ərazilərdə martın 2-dən 9-na dək 15 tank əleyhinə mina, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, 1 191, 2 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...