Zaranın "Jara"da ifa etdiyi mahnının müəlliflərinin adları suallara cavab oldu - VİDEO

Zaranın Jarada ifa etdiyi mahnının müəlliflərinin adları suallara cavab oldu - VİDEO
Video
Şou-biznes 6600
İctimaiyyətin etirazına baxmayaraq kürd və erməni əsilli müğənni Zara Mqoyanın Bakıya dəvət edilməsi insanlarda çaşqınlıq yaratdı.BAKU.WS xəbər verir ki, ifaçının "Jara 2018" Beynəlxalq Musiqi Festivalının səhnəsində ifa etdiyi mahnının müəlliflərinin kimliyi bütün suallara cavab oldu. "Za tebya, lyubimıy" adlanan mahnının sözlərinin müəllifi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mariya Zaxarovadır. Mahnının musiqisi isə Rusiya estradasında xüsusi yeri olan musiqiçi Maks Fadeyevə məxsusdur. Yeri gəlmişkən, o, Emin Ağalarovla yaxın dostdur. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin "Jara"nın açılışına təşrif buyurması bəzi nüanslara aydınlıq gətirir. Mariya Zaxarova yeni mahnısının "Jara"da səslənməsini istəyirdi və buna nail oldu.\ Zaxarova "Jara"nın açılışında verdiyi müsahibəsində Zara üçün mahnı yazdığını açıqlamışdi: "Maks Fadeyevin mənim sözlərimə bəstələdiyi yeni mahnı çıxıb, Zara ifa edir. "Za tebya, lyubımiy" adlanan mahnı artıq "Slavyanskiy Bazar" festivalında təqdim olunub. Mariya Zaxarova və Maks Fadeyev dostluq münasibətləri ilə yanaşı yaradıcılıq birləşdirir. Zara Mqoyandan əvvəl onlar müğənni Nərgiz üçün "Vernite pamyat" mahnısını yazıblar. Zülfiyyə Qurbanova BAKU.WS

Oxşar xəbərlər

Zara "Jara"da - FOTO - VİDEO

Zara "Jara"da - FOTO - VİDEO

Ermənistanda doğulmuş rusiyalı müğənni Zara Mqoyan ictimaiyyətin qəzəbinə baxmayaraq "Jara 2018" Beynəlxalq Musiqi Festivalının səhnəsində çıxış etdi. BAKU.WS...

5613 Şou-biznes 09:30 30 iyul 2018

Son xəbərlər