Zamiq Hüseynovun oğlunun təmtəraqlı kiçik toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Ötən gün müğənni Zamiq Hüseynov oğlu Zeynə kiçik toy edib.
BAKU.WS xəbər verir ki, sənətçinin övladının şad günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Məclisdə Zamiqin ailə üzvləri, yaxınları və xeyli sayda tanınmış şou-biznes nümayəndələri iştirak ediblər.
Onlar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Miri Yusif, Eyyub Yaqubov, Nəzakət Teymurova və digərləri yer alıblar. Gecənin diqqət çəkən cütlüklərindən biri müğənni Sevda Yahyayeva ilə həkim həyat yoldaşı Zakir Bayramov olub.
Zamiqin oğlu üçün təşkil etdiyi təmtəraqlı məclisdə böyük və lazer işıqlarla bəzədilən mavi rəngli nəhəng tort da diqqətlərdən yayınmayıb. Məşhurlar həmkarının övladının toyunda böyük çal-çağır ediblər. Gecə rəngarəng görüntülərlə yadda qalıb.
Qeyd edək ki, Zamiq Hüseynov iki dəfə ailə həyatı qurub. Zeyn sənətçinin ikinci evliliyindən dünyaya gəlib. Onun 3 yaşı var.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...