Yol hərəkəti qaydalarını pozan Cavanşir Məmmədovla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkələrdə Əməkdar artist Cavanşir Məmmədovun yol hərəkəti qaydalarını pozan görüntüsü yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirib ki, C. Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.
***10.04.2024 13:32
Müğənni Cavanşir Məmmədovun yol hərəkəti qaydalarını pozan görüntüsü yayılıb.
Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Cavanşir Məmmədov retro avtomobilini idarə edərkən həm təhlükəsizlik kəmərini taxmayıb, həm də sükan arxasında telefonla danışıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...