Yenicag.az saytının 15 yaşı tamam olur - VİDEO

Yenicag.az saytının 15 yaşı tamam olur - VİDEO
Video
Şou-biznes 58

Bu gün Yenicag.az saytının 15 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, sayt 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olaraq 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

"Yenicag.az” İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.

"Yenicag.az” İA Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən xəbərləri də oxuculara çatdırır. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran "Yeniçag.az”da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.

Biz də BAKU.WS saytının əməkdaşları olaraq, yenicag.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Oxşar xəbərlər

Son xəbərlər