Yaşıllaşdırma Təsərrüfatı Birliyindən parkın yağışlı havada sulanmasına REAKSİYA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakının "Qış parkı" ərazində havanın yağışlı vaxtında ağacların sulanmasına reaksiya verib.
Birlikdən BAKU.WS-ə verilən məlumata görə, həmin ərazidə suvarma prosesi taymerə əsasən aparılır. Üstəlik də yağışın kifayət qədər güclü olmaması "Qış parkı"nın bu saatlarda suvarılması üçün elə bir problem yaratmır.
***14.16
Bakıda yağış yağmağa başlayan kimi suvarma işlərinə start verilir.
BAKU.WS xəbər verir ki, “Qış parkı” adlanan ərazidə yağış yağmasına baxmayaraq otlar və kolluqlar suvarılır. Bütün dünyada və eləcə də içməli su probleminin aktual olduğu zamanda bu cür israf sözsüz ki, xoş görünmür.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...