Xoşqədəmin Zaurla birlikdə arxiv görüntüləri yayıldı - FOTO

27
sen
2019
10:18
Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı arxiv fotosunu yayıb.BAKU.WS xəbər verir ki, aparıcı 20 il bundan əvvələ aid olan görüntüsünü "İnstagram" səhifəsində paylaşıb.O, fotonu belə şərh edib:"İl 1999... Uğurlarımı çətinliklərlə əldə etdim. Bu, mənim ilk ofisimin görüntüləri. Bu otaqda qəzetin arxivi, mənim ilk mükafatım, sənədlərim və 2 yaşlı, qəzet üzərində yatan Zaurum var ...Bütün çətinlikləri, əzabları, edilən pislikləri, yaxşılıqları və ən nəhayət, qələbələri, uğurları mənimlə birlikdə keçdi biricik Zaurum. İki yaşında artıq anasının nə çəkdiklərini gördü.
Mən qazandıqlarımı özüm qazandım, tək başına savaşaraq, Allaha sığınaraq..."Qeyd edək ki, Xoşqədəm Hidayətqızı "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısıdır.

Oxşar xəbərlər
Xoşqədəm Hidayətqızı əkizlərindən ayrı düşdü - VİDEO
"Səni axtarıram" teelelayihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı əkizlərindən ayrı düşüb.BAKU.WS xəbər verir ki, tanınmış teleaparıcı həyat yoldaşı D...
