Xoşqədəm Hidayətqızından həbs tələbi xəbərlərinə REAKSİYA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Xoşqədəm Hidayətqızı haqqında yayılan həbs tələbi xəbərlərinə açıqlama gətirib.
BAKU.WS xəbər verir ki, bu haqda aparıcısı olduğu "Səni axtarıram" proqramında danışan Hidayətqızı hər zaman köməksiz insanlara yardım etdiyi halda haqqında çıxan bu xəbərlərə görə təəssüf hissi keçirdiyini dilə gətirib:
"Səhər baxıram ki, hamı mənə yazır ki, "Xoşqədəm xanım salamtlıqdır?" Həmin vaxt özümü çölə atdım, baxdım, gördüm, salamatlıqdır. Mənə yazan şəxsə dedim ki, "Nəyə görə bu sualı verdiniz?" Yazı atdı ki, sizin haqqınızda belə bir xəbər var: "Xoşqədəm Hidayətqızı həbs ediləcək". Haqqımda ittiham qaldırılıb. Niyə bala? Yetimin yanında olduğum üçün?!"
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Xoşqədəm Hidayətqızının həbsinin tələb olunması ilə bağlı xəbərlər yer alıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...