Xoşqədəm Hidayətqızı: "Doğuşun əməliyyat olunmasından xəbərsiz idim"
Türkiyəli müğənni Doğuş fevralda Azərbaycanda əməliyyat olunub.
Sənətçinin aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızı onun bıçaq altına yatmasından xəbərsiz olduğunu bildirib. O, bu barədə Günaydın Azərbaycan verilişində danışıb:
"Doğuş qorxusundan mənə deməyib ki, Azərbaycanda əməliyyata getmişəm. Böyrəyindən kista çıxmışdı. Demişdim ki, dərhal bilet alıb, Türkiyədə əməliyyat olunmaq lazımdır. Razılaşmışdı ki, gedir. Bir də gördüm ki, Azərbaycandakı uroloq mənə zəng edib və hər şeyin normaı olduğunu deyir. Mən də bilmirəm söhbət nədən gedir. Soruşuram ki, nə normal oldu? Cavab verdi ki, "Doğuşun əməliyyata girməsindən xəbəriniz yoxdur? Artıq palataya köçürülüb, günortadan sonra ziyarət edə bilərsiniz". Doğuş da mənə idmana, sonra da görüşü olduğu üçün səhər yeməyinə gedəcəyini demişdi. Günorta saat ikidir. Mən də elə bilirəm ki, yeməyə gedib. O kista çox böyük idi. Hər an partlayıb, ciddi zərər verə bilərdi".
Qeyd edək ki, Doğuş və Xoşqədəm Hidayətqızınız əkiz övladları var.//axşam.az
Oxşar xəbərlər
“Porsche” ilə qəza törədən, sevgilisi tərəfindən 13-cü mərtəbədən atılan, yutubda baxışı 1 milyardı ötən MƏŞHURLAR - FOTO
2023-cü il şou-biznes əhlinin yaşadığı bir sıra qalmaqallar və başlarına gələn bədbxət hadisələrlə yadda qaldı. Kimisi yeni mahnılar yazdırıb yeni kliplər çəkdi...