Xoşqədəm Hidayətqızından qarğış: "Ailənizin başına gəlsin" (FOTO)

BAKU.WS-in məlumatına görə, aparıcı P. Aslanovun Facebook-da paylaşdığı xəbərin şəklini çəkərək İnstaqram-da paylaşıb.
Teleaparıcı bildirib ki, xəbərin başlığında öz övladı dünyasını dəyişmiş kimi verilib. Buna əsəbləşən aparıcı sərt reaksiya verib:
"Ey, bu başlığı yazan insan!!! Sənin ailən, anan, atan, bacın, qardaşın varmı? Varsa, bu xəbərə başlığı hansı vicdanla yazırsan?! Bilirsənmi, bu başlığı bu gün oxuyub halı pisləşən nə qədər yaxınım olub? Bəli, "Xoşqədəm Hidayətqızı" adı reytinqdir, milyonlarla oxucu deməkdir... Amma daha bu cür başlıqla onun yaxınlarına, ailəsinə acı yaşadacaq halda yox.
Yazıqlar olsun! Bu cür başlıqları yazaraq bu gün mənim ailəmə həyəcan, qorxu hissi yaşadanlar, bu hadisə sizin başınıza həqiqətən gəlsin və ailəniz, yaxınlarınız mənim ailəmin bu gün yaşadıqlarını yaşasın. Məni bu bəddua üçün kimsə qınamasın. Bu gün övladım yanımda olmasaydı, bəlkə mənim də bu başlığı oxuyub ürəyim dayanacaqdı. Ona görə də, bu duaya görə kimsə məni qınamasın".
İman
BAKU.WS


Oxşar xəbərlər
Xoşqədəm qarğış etdi: "Ana-bacı bilməyən..."
Aparıcı Xoşqədəm Hidayətqızı İnstaqram-ın canlı yayım xidmətindən istifadə edib. BAKU.WS axşam.az-a istinadən bildirir ki, aparıcı əvvəlcə öz fəaliyyətindən sö...