Xoşqədəm Ədalətin pulunu vermir - Villa qalmaqalı (FOTO)
Teleaparıcı Xoşqədəm Hidayətqızı əməkdar artist Ədalət Şükürovun pulunu vermir.
"Qafqazinfo”ya daxil olan məlumata görə, məşhur aparıcı Ədalət Şükürovun Saray qəsəbəsindəki villasını alıb. Hidayətqızı iki ilə yaxındır ki, villanın pulunu Şükürova vermək istəmir.
Məsələyə aydınlıq gətirmək üçün Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağa çalışsaq da, hazırda Türkiyədə olduğu üçün zənglərimizə cavab verməyib.
Daha sonra isə villanın keçmiş sahibi Ədalət Şükürovun da münasibətini öyrəndik. Əməkdar artist "Qafqazinfo”ya açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib:
"Bu haqda heç nə deməyəcəm. Bizim şəxsi məsələmizdir, açıqlamaya ehtiyac yoxdur”.
Qeyd edək ki, teleaparıcı villanı aldıqdan sonra qonşuları ilə arasındakı qalmaqalla gündəmə gəlmişdi. Hidayətqızı qonşusu Xəqani Hüseynovdan evini ona satmağını tələb etmiş, rədd cavabı alandan sonra sözügedən yarımtikili mənzili sökdürmüşdü.
BAKU.WS
Oxşar xəbərlər
Doğuş Azərbaycan milli rəqsinə oynadı (VİDEO)
Türkiyənin tanınmış müğənnisi, azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş ötən gün XəzərTv-də yayımlanan "5/5" verilişinin qonağı olub. B...