Xatirə İslam ərinə mesaj göndərdi: Hərdən məni çox incidirsən, amma... - FOTO
20
apr
2018
10:22
Müğənni Xatirə İslam həyat yoldaşı ilə səmimi fotosunu paylaşıb.BAKU.WS-in məlumatına görə, ifaçı ailə həyatı qurmasının 5 illiyi münasibətilə həyat yoldaşına ürək sözlərini İnstagram vasitəsilə göndərib."19.04.2012. Bu gun o gündür! Nə yaxsı ki səni tanımışam, ailəmi səninlə qurduğuma heç peşman olmadım. Mən buna görə Allahıma şükrlər edirəm. Əslində hərdən məni çox incidirsən, amma nə etmək olar? Yaxşı cəhətlərin çoxdur. Hə, bir də deyim ki, bekar adamlar yenə yazacaqlar, orası belə - burası belə, hələ saçı-başı. Siz onun kimi 6 dil bilin, onun kimi saf, dürüst, təmız olun, onun kimi övladınızın təhsili ilə məşğul olun, tükü neyləyirsiz? Sizə tük lazımdır? Tükü olanlar hara nə qoyub?"Qeyd edək ki, Xatirə İslam bir müddət əvvəl də həyat yoldaşı Fəxrəddin haqqında məlumat vermişdi. İfaçı o zaman həyat yoldaşının 5 dil bildiyini, sinxron tərcümə ilə məşğul olduğunu, rütbəsinin mayor olduğunu və 10 min işçiyə rəhbərlik etdiyini bəyan etmişdi.BAKU.WS
Oxşar xəbərlər
Xatirə boşanmadığını açıqladı - “Ərim evdədir...”
Müğənni Xatirə İslam boşanması ilə bağlı yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.BAKU.WS xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında Xatirə həyat yoldaşı...