Xaricdə evi olan azərbaycanlı MƏŞHURLAR

Xaricdə evi olan azərbaycanlı MƏŞHURLAR
Şou-biznes 1796

Hər sözü-söhbəti ilə gündəm yaradan şou-biznes nümayəndələrinin mahnıları, qalmaqalları ilə yanaşı onların şəxsi həyatları, mal-mülkləri, bir sözlə, bahalı həyat tərzləri də insanların diqqət mərkəzindədir.

BAKU.WS xaricdə evi olan azərbaycanlı məşhurları təqdim edir:

Xalq artisti Miri Yusif bir müddət əvvəl Türkiyənin İzmir şəhərindən ev alıb. O, ailəsi ilə birlikdə ora köçüb. Hazırda sənətçinin övladları İzmirdə özəl məktəblərdən birində təhsil alır.

Xalq artisti Röya Ayxanın da Türkiyədə mənzili var. Sənətçinin evi İstanbulda yerləşir. Sənətçi bir müddət əvvəl verdiyi müsahibələrindən birində 5 ildir Bakıda olan bağ evini təmir etdirə bilmədiyini açıqlayıb.

Xalq artisti Tünzalə Ağayeva da Türkiyədə evi olan məşhurlar sırasındadır. Sənətçinin uzun müddət əvvəl aldığı malikanəsi Bodrum şəhərindədir.

Uşaqlıq illərindən Türkiyə şou-biznesində fəaliyyət göstərən müğənni Günel Zeynalovanın Türkiyədə evi olsa da, o, kirayədə qalır. Sənətçinin öz evində isə valideynləri yaşayır.

Müğənni Ayan Babakişiyeva illər əvvəl paytaxtın mərkəzi yerlərindən birində yerləşən mənzilini satıb. Bundan sonra sənətçi Türkiyədən ev alıb. Bir müddət orada qalan Ayan özünə biznes də qurub. Lakin pandemiya səbəbilə onun biznesi batıb.

Xalq artisti Brilliant Dadaşova da uzun illər əvvəl Türkiyədən mənzil alıb. Onun evi İstanbulda yerləşir.

Müğənni Samir Piriyevin Bodrumda evi var. Sənətçi xeyli müddətdir Türkiyəyə köçüb və orada yaşayır.

Müğənni Aysel Əlizadənin də Türkiyədə evi var. Sosial şəbəkədən aktiv istifadə edən ifaçı tez-tez yaşadığı İstanbul şəhərindən fotolarını yayımlayır. O, şəxsi evində ailəsi ilə birlikdə qalır.

Son xəbərlər