Xankəndi-Laçın yolunda nümayişçilər və sülhməramlılara DÇ-2022-nin finalını izləmək üçün şərait yaradılıb

Xankəndi-Laçın yolunda nümayişçilər və sülhməramlılara DÇ-2022-nin finalını izləmək üçün şərait yaradılıb
Şou-biznes 112

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları və Rusiya sülhməramlılarına Qətərdə keçirilən Dünya Çempionatının Argentina və Fransa yığmaları arasındakı final oyununu izləməsi üçün şərait yaradılıb.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar ərazidə quraşdırılmış iri monitor vasitəsilə İctimai TV-nin efirində oyununu izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçıları ərazidədir.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk yardım

Valideynlər bilməlidirlər ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, mütləq olaraq hər hansı bir xəstəliyin əlaməti deyil. BAKU.WS “milli.az”a istina...

5435 Şou-biznes 23:27 15 noyabr 2022

Son xəbərlər