Xanımı mərhum Rüfət Mehdiyevlə bağlı gizli məqamları açıqladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" proqramı mərhum müğənni Rüfət Mehdiyevin evində qonaq olub.
BAKU.WS xəbər verir ki, sənətçinin ailəsi çəkiliş qrupunu geniş və dəbdəbəli malikanədə qarşılayıblar. Proqramda Mehdiyevin iki övladı, həyat yoldaşı və yaxın qohumları iştirak ediblər.
İfaçının Zemfira və Jalə adlı iki qızı var. Zemfira ailəlidir. Bir azyaşlı övladı var. Jalə isə subaydır. Yaxşı səsi olan Jalə atasına bənzədiyini deyib: "Həm xasiyyətcə, həm də görünüşcə atama oxşayıram".
Mərhumun həyat yoldaşı isə indiyə kimi evdə heç bir verilişin çəkiliş etməsinə icazə vermədiyini deyib:
"Mən efirlərdə olmağı xoşlamıram. Uşaqlarımı verilişlərə çağırıblar. Onlar da iştirak ediblər. Çox həssas insanam. Bacım da bir müddət əvvəl koronavirusa yoluxdu və dünyasını dəyişdi. Biz indi özümüzə gəlirik. Bir ildir ki, gözümüzün yaşı qurumur. Bacım qucağımda rəhmətə getdi".
Həyat yoldaşı sənətçi ilə bağlı heç kimin bilmədiyini məqamlara da toxunub:
"Mahnılarını ilk mənə dinləndirdi. Qulaq asıb, onunla birlikdə ifa edirdim. Rüfət ürək çatışmazlığından dünyasını dəyişdi. İnfarkt keçirdi".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...