Xalq artistinin oğlunun vəziyyəti ağırlaşıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti yenidən ağırlaşıb.
BAKU.WS xəbər verir ki, “Elgizlə izlə” proqramına qatılan Məmməd sağ əlinin tamamilə işləmədiyini və səhhətinin günbəgün daha da pisləşdiyini bildirib:
“Təzyiqim 260-a qalxıb, əlim, ayağım əsir. İflic oluram. Analiz versəydim, bilərdim, dərdim nədir. Hər zaman üzərimdə 4 dərman gəzdirirəm. Çünki çox qorxuram. Əsmə başlayanda elə olur ki, hamısını birdən içirəm. Bilmirəm, xəstəliyim nədir. Masazırda yaşayıram. Teatr tərəfindən mənə təqaüd verilir, onunla dolanıram”.
Verilişə dəvət olunan həkimlər isə onun təcili olaraq ilk növbədə nevropatoloq müayinəsindən keçməli olduğunu bildiriblər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...