Xalq artistindən doğum günündə ETİRAF: "Sirrimi yalnız o bilir"
Yeniliklərdən dərhal xəbərdar olun
“Həmişə doğum günlərimi səhnədə, iş başında, dostların, sevənlərimin əhatəsində keçirmişəm. Bu dəfə böyük bir imtahanla üz-üzə qaldığımız üçün karantin günlərində evdəyik. Əsas odur bu imtahandan istədiyimiz kimi çıxaq. Buna görə də doğum günümü təxirə salıram”.
BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, xalq artisti, ustad tarzən Ramiz Quliyev karantin və koronaviruslu günlər bitəndən sonra, dostlarının, sevənlərinin əhatəsində xoş gününü qeyd edəcəyini bildirib.
Sənətkar xoş günündə özünün təbirincə desək, can yoldaşı, sirdaşı olan tarı ilə dərdləşib:
“Valideynlərimdən sonra mənim üçün ən böyük və müqəddəs varlıq tarımdır. Ən çətin və ən xoşbəxt anlarımı onunla bölüşmüşəm, Sirlərimi yalnız o bilir. Tar mənim yaşam sevincim, məni həyata bağlayan ən böyük dayağımdır. Allahın mənə bəxş etdiyi ən böyük hədiyyədir. Tar hər zaman insanlara mehribanlıq, sevgi aşılayıb, onlara ruh verib. Xalqın sevgisini mənə tarım qazandırıb”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...