Xalq artisti: "Atamın intiqamını məndən aldı" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Rafael Dadaşov filmlərə az çəkilməsinin səbəbini açıqlayıb.BAKU.WS xəbər verir ki, aktyor "Zaurla Günaydın" verilişində şəxsi münasibətlərin qurbanı olduğunu bildirib:
"İncəsənət sahəsində şəxsi münasibətlər olmamalıdır. Rəhbərlik tərəfindən mənə münasibət başqa idi. Universitetə imtahan verəndə Adil İsgəndərov dedi ki, sən get, niyə gəlmisən? Mən də durub getdim. Rektor Rahib Hüseynov saxladı məni və geri qaytardı. Sonra onunla mübahisəm düşdü. Dedi ki, səni Adil İsgəndərov inistituta götürmürdü. Ona dedim ki, kişi ol, atanın qisasını övladdan almazlar. Onda anladım ki, niyə məni filmə çəkmədilər.
Adil İsgəndərov uzun illər kinostudiyanın rəhbəri olub. "Dəli Kür"də Şamxalı, "Qayınana"da Ayazın dostu İlqarı oynamalıydım, təsdiqlənmişdim, qoymadılar. "Var olun qızlar" filminə çəkiləcəkdim. Dedilər ki, Adil İsgəndərov qoymur".
Aysel
Oxşar xəbərlər
Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI - VİDEO
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.Xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:“Mənim özümə o qədər kömək...