Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva 23 ildən sonra “Gözlərim” mahnısına yeni nəfəs verib.
BAKU.WS xəbər verir ki, o, məşhur nəğməni tam fərqli formatda ifa edib.
Pop ulduzun yeni layihəsində bəstəkar Camal Qurbanov və gənc müğənni İsmayıl Əliyev də yer alıb. Ağayeva yeni işini şəxsi instaqram hesabında paylaşıb.
Sənətçi layihədən məmnunluğunu dilə gətirib:
“Bu təşəbbüs Camalla, İsmayıldan gəlib. Mənə təklif etdilər və mən də razılıq verdim. Çünki bu, onların arzusu idi. Yaranan işi çox bəyəndim və nəticədə müştərək mükəmməl bir iş ortaya çıxdı”.
BAKU.WS sözügedən görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
