Xalq artisti: "11 il kirayələrdə yaşamışam, üç körpə qucağımda..." - VİDEO

Xalq artisti: 11 il kirayələrdə yaşamışam, üç körpə qucağımda... - VİDEO
Video
Şou-biznes 165

Xalq artisti Natiq Şirinov uzun müddətdən sonra verilişə qonaq olub.

BAKU.WS xəbər verir ki, aparıcı Leyla Quliyevanın "Söhbət musiqidən gedir" proqramına qatılan sənətçi nağar ifaçısı olmağın çətinliklərindən danışıb.

Daha sonra isə gəncləri heç bir çətinlikdən qorxmamağa, öz əməkləri qarşılığında pul qazanmağa səsləyib. Xalq artisti yeni ailəli olduğu vaxtlardan da danışıb:

"Məşqsiz, zəhmətsiz hər şey əfsanədir. İndiki cavanların beynində puldan başqa heç nə yoxdur. Pul özü gələcək, onu unudun. Mən özüm 11 il kirayələrdə yaşamışam. Ümid onda balaca uşaq idi. Üç körpə qucağımda o qapıya qaçırdım oradan qovurdular, bu qapıya qaçırdım buradan qovurdular. Belə olan halda belə mən yenə də nağarada ifa etmişəm. Mənim yerimə olsalar nə edərlər?".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər