“WhatsApp Web”ə yeni funksiya gəlir

“WhatsApp Web”ə yeni funksiya gəlir
Şou-biznes 0

WhatsApp" veb versiyasına ekran kilidi funksiyasını gətirir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hazırda funksiya yalnız beta istifadəçiləri üçün əlçatandır.

Funksiyaya "Məxfilik" parametrləri bölməsindən daxil olmaq olar. Bu bölməyə daxil olduğunuz zaman "Ekran kilidi" adlı bir seçimlə qarşılaşacaqsınız. Seçimi aktivləşdirdiyiniz zaman sizdən şifrə təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra hər dəfə "WhatsApp Web" səhifəsi açılanda şifrəni daxil etməli olacaqsınız.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 27 noyabr

Günün ulduz falı - 27 noyabr

Qoç - Bu gün ulduzlar sizə hər şeydə yardım edəcəklər. Gününüzü nəyə həsr etsəniz, sizi uğur müşayiət edəcək. Sizin üçün çoxdan maraq kəsb edən adamla görüş təy...

1957 Şou-biznes 00:03 27 noyabr 2019

Son xəbərlər