Vüsalə qardaşından yazdı: “Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm?” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl avtomobil qəzasında dünyasını dəyişən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, mərhum qardaşının 33 yaşı tamam olması münasibətilə status yazan Vüsalə, onu itirməyin çox ağır olduğunu bildirib:
"Bu gün sənin günün. Allahım səni 5 bacıya ərməğan etdi. Uşaqlığımın ən böyük arzusu, qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı. Vətən, torpaq aşiqi igidim. Doğum günün mübarək.
Bacısının bir dənəsi, sənə uzun ömür, can sağlığı, yüksək rütbələr, bol şans arzu edirəm. Allah səni xətadan, bəladan uzaq etsin. Qardaşımın 33 yaşı tamam olur, ay camaat. Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm? Kömək edin nə olar. Gün bitir, gecikir, sonra küsər bacısından".
Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə ötən ay ağır yol qəzasına düşərək vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...