Vidadi Bərdəlinin oğlu Yadigar Muradovun oğluna qarşı - Qalib kim olacaq ?

Vidadi Bərdəlinin oğlu Yadigar Muradovun oğluna qarşı - Qalib kim olacaq ?
Şou-biznes 1217
Bu axşam Space TV-də teleməkanın ən maraqlı layihələrindən olan “Musiqi meydan”ın növbəti buraxılışı yayımlanacaq. BAKU.WS xəbər verir ki, aparıcı Kamran Həsənlinin təqdimatında izlədiyiniz verilişin budəfəki iştirakçıları mərhum müğənni Vidadi Bərdəlinin oğlu Əhməd Vidadioğlu və əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Murad olacaqlar. Bu dəfə də "Musiqili meydan"da üz-üzə gələcək sənətçilər bir-biri ilə yarışacaq.İfasını bəyəndiyiniz iştirakçını birinci etmək sizin əlinizdədir!Elə isə bu axşam saat 21.45-dən 00.00-dək Space TV-ni izləyin və rəğbət bəslədiyiniz ifaçıya səs verərək onu qalib edin!Xatırladaq ki, "Musiqili meydan"ın ötən həftəki qalibi əməkdar artist Elxan Quliyevin oğlu Elnur Quliyev olmuşdu. O, topladığı səs faizi ilə xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadəyə qalib gəlmişdi. Qeyd edək ki, verilişin ideya müəllifi və layihə rəhbəri Anar Əliyev, prodüseri Sənan Sərdaroğludur.BAKU.WS

Oxşar xəbərlər

Emin Ağalarov Rusiyada ard-arda konsert verəcək

Emin Ağalarov Rusiyada ard-arda konsert verəcək

Tanınmış müğənni və iş adamı Emin Ağalarov yaxın günlərdə Rusiyanın bir sıra şəhərlərində konsert proqramları ilə çıxış edəcək. BAKU.WS xəbər verir ki, Emin bu...

190 Şou-biznes 12:07 02 sentyabr 2025

Son xəbərlər