Vəfa Zeynalova "Üç kız kardeş"in çəkiliş meydanında - FOTO

Əməkdar artist Vəfa Zeynalova Türkiyəyə yollanıb.
BAKU.WS xəbər verir ki, aktrisa qardaş ölkəyə səfəri zamanı reytinqli layihələrdən biri "Üç kız kardeş"in çəkiliş meydanında olub. Bu haqda Vəfa özü məlumat verib.
O, sözügedən ekran işində rol alan gənc həmkarı Vural Şahanoğlu ilə foto çəkdirərək sosial şəbəkə hesabında paylaşıb. Serialda Vural, Dönüş adlı qızın sevgilisi Sərdar obrazındadır.
Məlumat üçün bildirək ki, "Üç Kız Kardeş" ilk dəfə bu ilin fevralında yayımlanıb. Serialda Türkan, Dönüş və Dərya adlı 3 bacının həyat hekayəsindən bəhs edilir. Baş rollarda İclal Aydın, Reha Özcan, Özgü Kaya, Almila Ada kimi tanınmış simalar çəkiliblər.

Oxşar xəbərlər
Bakıda 200 min AZN-lik film təqdim olundu - FOTO/VİDEO
Ötən gün Bakıda "HOZU cangüdən" filminin təqdimat mərasimi baş tutub. BAKU.WS xəbər verir ki, mətbuata açıq təşkil edilən qalada ekran işində rol alan aktyorla...
